Təbrizdə Əsli və Kərəm tarixi kompleksi bərpa ediləcək
16.06.2026

Təbriz meri Qaramilək bölgəsində yerləşən tarixi “Əsli və Kərəm” məqbərəsi ətrafındakı torpaqların tam şəkildə dövlət mülkiyyətinə keçirildiyini açıqlayıb.

O bildirib ki, “tezliklə bu ərazidə 2000 kvadratmetr sahəni əhatə edən park və mədəni kompleks inşa ediləcək”.

Təbrizin 6-cı bölgə bələdiyyəsi əməkdaşlarının səyləri nəticəsində Əsli və Kərəm kompleksi və ətraf torpaqların mülkiyyətə keçirilməsi prosesi tamamlanıb. Milli qeyri-maddi irs siyahısında qeydiyyata alınmış bu layihə, Qaramiləyin son hissəsində yerləşən tarixi məqbərə və xatirə abidəsi ilə birlikdə bir park və mədəni kompleksin tikintisini əhatə edir.” - Yəqub Huşyar bildirib.

Təbriz meri bu layihənin şəhərin kimliyini gücləndirən bir təşəbbüs olduğunu vurğulayaraq deyib: “Bu kompleks Təbrizin kimlik layihələrindən biridir və məqsəd bölgənin turizm imkanlarını yaxşılaşdırmaqdır.”

Huşyar çıxışının davamında Şazda bağı sarayının açılış mərasimində insanların geniş iştirakına görə təşəkkür edərək bildirib: “Azərbaycan xalqının mədəniyyəti və kimliyi sərhədləri aşır.”

O əlavə edib: “Kəlkətçi tarixi kompleksi yaxın bir-iki ay ərzində, Səttarxan bağ-muzeyi isə bir neçə ay ərzində vətəndaşların istifadəsinə veriləcək.”

visiontv.az