Güney Azərbaycanda həkim qadın həbs edildi
06.10.2026

Urmiyada yaşayan həkim Bəyan Salehian artıq səkkiz gündür ki, təhlükəsizlik qüvvələri tərəfindən tutularaq zindana salınıb.

İranda İnsan Haqları Fəalları Hərəkatının xəbər agentliyi olan "HRANA"nın məlumatına görə, Bəyan Salehian hələ də həbsdə saxlanılır.

Bildirilir ki, xanım Salehian sentyabrın 27-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, daha sonra Urmiya həbsxanasına köçürülüb. Həbs olunmasından səkkiz gün keçməsinə baxmayaraq, o, hələ də hüquqi baxımdan qeyri-müəyyən vəziyyətdədir.

Məlumatlı bir mənbə "HRANA"ya bildirib ki, həkimin tutulması onun bir virtual debatdakı iştirakı və çıxışları ilə bağlı olub.

visiontv.az