İranın xarici işlər naziri Abbas Əraqçının bacısı Bədr əs-Sadat Əraqçının dəfn mərasimi keçirilib. Mərasimdə Abbas Əraqçı da iştirak edib. İran mediasında onun dəfn mərasimində iştirakı ilə bağlı görüntülər yayımlanıb.
Bədr əs-Sadat Əraqçı sentyabrın sonunda vəfat edib. Onun ölümündən sonra müxtəlif İran KİV-ləri mərasimlə bağlı məlumat yayıb.
Bəzi İran mənbələri onun uzun müddət xərçəng xəstəliyindən müalicə aldığını bildirir. Abbas Əraqçının özü də bacısının təxminən bir il xəstəliklə mübarizə apardığını qeyd edib.
visiontv.az