Bu fars məddahı deyir ki: “Mən it kimi hürürəm, İmam Hüseynin ev itiyəm.”
Ən acınacaqlısı isə budur ki, bu cür yanaşmanı müdafiə edən və aldadılmış şəkildə şiə məzhəbinə inanan bəzi insanlar hələ də fars-şiəçiliyinin çirkin və təhlükəli ideoloji mahiyyətini şiə məzhəbindən ayıra bilmirlər.
Məsələ şiə məzhəbi deyil. Məsələ dini anlayışların siyasi-ideoloji məqsədlərlə təhrif edilməsi və insanlara müqəddəs şəxslərə “it olmaq”, insanı alçaldan ifadələri isə dini sədaqət kimi qəbul etmək düşüncəsinin aşılanmasıdır.
İslam insanın ləyaqətini, əxlaqını və mənəvi məsuliyyətini önə çəkən bir dindir. İnsanlara dini bağlılıq adı altında özlərini alçaldan davranışları təbliğ etmək isə ciddi şəkildə sual doğurur.
Əgər insanı alçaldan, kor-koranə itaəti və dini duyğuların ideoloji manipulyasiyasını təşviq edən bu yanaşmalar İslamın dini və əxlaqi dəyərlərinə zidd deyilsə, bəs nədir?
Sadiq İsabəyli
visiontv.az