İranın müxtəlif şəhərlərində təqaüdçülər etiraz aksiyaları keçiriblər
06.10.2026

İranın Kermanşah, Əhvaz, Şuş və İsfahan kimi bir neçə şəhərində baş tutan aksiyalarda narazı təqaüdçülər alıcılıq qabiliyyətinin düşməsinə, ağır iqtisadi vəziyyətə və dolanışıq şəraitlərinə etiraz ediblər.

Etirazçılar "Nə müharibə istəyirik, nə qırğın; qalıcı rifah istəyirik" və "Müharibə və danışıqlar bəhanədir, hədəf bizim yaşayışımızdır" şüarları səsləndirib, siyasi, mülki və həmkarlar ittifaqı fəallarının azad edilməsini tələb ediblər.

"Zülm və haqsızlıq bəsdir, süfrəmiz boşdur",- deyə şüarlar da səsləndirilib.

visiontv.az