Günəşdən püskürən ilk plazma buludu Yerə çatdı
06.06.2026

İyunun 5-də Günəşdən atılan ilk plazma buludu Yerə dəyib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş  Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib.

Alimlər qeyd ediblər ki, ilkin parametrlər proqnozlaşdırılandan daha mülayim olub.

"Gəliş davam edir. Təxminən iki saatdan sonra daha aydın olacaq, amma hələlik bu, buludun kənarı kimi görünür və əsas nüvə yan keçib", - deyə məlumatda bildirilib.

visiontv.az