Gənc müəllim şagirdləri ilə xalqın yardımında
18.05.2020

Pandemiya dövrünün fədakar gənc müəllimi şagirdləri ilə xalqın yardımında.

Visiontv.az xəbər verir ki, bildiyimiz kimi ölkəmizdə məlum pademiya ucbatından bu bir çox insanların işsiz qalmalarına, sosial problemlərlə üzləşmələrinə səbəb olub. Belə bir dövrdə xalqımızın xeyirxah insanları meydana atıldılar, dövlətlə birgə onlar da xalqın köməyinə yetişdilər. Sizə haqqında danışacağımız insan da belə yardım kompaniyalarının təşkilatçılarından biri olan Elsəvər Salayevdir. Elsəvər Salayev Biləsuvar Rayon Peşə Liseyinin İnformatika müəllimi, TİİPİ təlimçisi, Peşə Təmayüllü Siniflər üzrə Ekspert, İKT könüllüləri rəhbəri, fərdi layihə rəhbəri-bir sözlə, uğurlu gənc.

O xalqının çətin günlərində şagirdlərinin təhsildən geri qalmamaları üçün Biləsuvarda ilk online dərslərə start verən müəllimlərdən biri kimi yaddaşlarda qaldı. Ancaq bir xeyriyyə kompaniyasının təşkilatçısı kimi gözəgörünməz fəaliyyət göstərməyi seçdi. Maraqlısı isə odur ki, öz könüllü şagirdləri ilə. Şagirdlərinə elm öyrətməklə yanaşı, onlara babalarımızdan miras qalan xeyirxahlıq kimi mənəvi keyfiyyətləri də aşıladı əməlində. Onun bir sıra qurum və təşkilatları da cəlb edərək həyata keçirdiyi kompaniyada yardımına yetdiyi çətin duruma düşən aztəminatlı ailələr heç adını da öyrənə bilmədilər. Çəkilişə icazə vermədi. Amma Biləsuvar ictimaiyyəti, belə gəncimizin olmağıyla fəxr etdik və hər kəsin tanımasını istədik. "Biz birlikdə güclüyük".