“Evdə tək” filmində baş qəhrəmanın anasını canlandıran Ketrin Ohara vəfat edib
31.01.2026

“Evdə tək” filmlərində baş qəhrəmanın anasını canlandıran amerikalı aktrisa Ketrin Ohara 72 yaşında vəfat edib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə "TMZ" portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, aktrisa yanvarın 30-da dünyasını dəyişib. Ölümün səbəbi hələlik açıqlanmayıb.

Ketrin Ohara 1990-cı ildə çəkilmiş "Evdə tək" və 1992-ci ildə ekranlara çıxan "Evdə tək 2: Nyu-Yorkda itmiş" filmləri ilə geniş tamaşaçı auditoriyası tərəfindən tanınıb.