Albaniya Parlamenti SEPAH-ı terror təşkilatı elan edib
18.03.2026

Albania parlamenti çərşənbə axşamı qəbul etdiyi qətnamə ilə SEPAH-ı terror təşkilatı elan edib.

Qətnamədə həmçinin Iran terrorizmi dəstəkləyən dövlət kimi qiymətləndirilib.

Sosialist fraksiyasının rəhbəri Taulant Balla bildirib ki, qətnamənin məqsədi dövlət səviyyəsində terrora dəstəyin, sabitliyi pozmaq üçün vasitəçi qruplardan istifadənin və suveren institutlara qarşı kiberhücumlar da daxil olmaqla hibrid taktikalardan istifadənin pislənməsidir.

“Albaniya üçün bu, sadəcə uzaq geosiyasi məsələ deyil,” – deyə Balla bildirib və ölkənin kiberhücumlara məruz qaldığını vurğulayıb.

Xatırladaq ki,  Albaniya 2022-ci ilin iyulunda dövlət informasiya texnologiyaları sistemlərini iflic edən və bir neçə gün ərzində onlayn ictimai xidmətlərin dayandırılmasına səbəb olan kiberhücuma görə İranın Xarici İşlər Nazirliyini günahlandırmışdı.

visiontv.az