İsrail və ABŞ-ın hava hücumu zamanı indiyədək İran Silahlı Qüvvələrinin ən azı 5000 hərbçisi ölüb, 15000-dən çoxu yaralanıb.
Bu barədə xarici media hərbi mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, itkilərin böyük miqyasına baxmayaraq, İran rəhbərliyi və yerli media məsələ ilə bağlı hələlik heç bir rəsmi statistika dərc etməyib.
Məlumata görə, İranın canlı qüvvəsinin əhəmiyyətli hissəsi İsrail və ABŞ-ın raket və PUA bölmələrinə endirdiyi hava zərbələrində həlak olub. Hava zərbələrində ən çox itkini İnqilab Keşikçiləri (SEPAH), “Bəsic” və polis qüvvələrinin əks-iğtişaş bölmələri verib.
visiontv.az
İranın hakimiyyət quruluşu rejimin təkrarlayan sarsıntılara davam gətirməsinə imkan verir