Tehran 2026-cı il Dünya Çempionatının oyunlarının Meksikada keçirilməsi ilə bağlı danışıqlar aparır, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac məlumat verib.
“ABŞ prezidenti Donald Tramp İran yığmasının təhlükəsizliyinə təminat verə bilməyəcəyini açıq şəkildə bəyan etdiyi üçün biz qətiyyən Birləşmiş Ştatlara getməyəcəyik. Dünya çempionatının oyunlarının Meksikada keçirilməsi barədə FİFA ilə danışıqlar aparırıq”, - deyə səfirlik özünün “X” sosial şəbəkə səhifəsində Tacın sözlərindən sitat gətirib.
Tramp martın 12-də bəyan edib ki, İran futbol yığmasının DÇ-2026-ya gəlməsini məqsədəuyğun hesab etmir. İranlılar İnglrvud (Kaliforniya) və Sietl şəhərlərində Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yer alıblar.
visiontv.az
İranın hakimiyyət quruluşu rejimin təkrarlayan sarsıntılara davam gətirməsinə imkan verir