Xərclər artsa da, İranın hərbi potensialı sistemli şəkildə sarsıdılır
18.03.2026

"Al Jazeera”nın analitik yazısında bildirilir ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi xaotik deyil, əksinə, Tehranın hərbi gücünü uğurla zəiflədən “mərhələli” və “metodik” kampaniyadır.

Məqalədə qeyd olunur ki, xərclər artsa da, İranın hərbi potensialı sistemli şəkildə sarsıdılır.

İranın hücumları kəskin azalıb: raket buraxılışlarının sayı təxminən 90 faiz enib - 350-dən təxminən 25-ə, dronların sayı isə 800-dən təxminən 75-ə düşüb.

Hava hücumundan müdafiə sistemi o qədər zəifləyib ki, ABŞ artıq İran üzərində “stealth” olmayan bombardmançı təyyarələrdən istifadə edir və bu, demək olar ki, tam hava üstünlüyünün göstəricisi sayılır.

Kampaniya raketlərə, nüvə obyektlərinə, donanmaya və komanda şəbəkələrinə yönəlmiş “sistemli zəiflətmə” kimi təqdim olunur.

Məqalədə vurğulanır ki, İran artıq “güc nümayiş etdirmir, tənəzzülü idarə edir” və qalan silahlarını qənaətlə istifadə etməyə məcburdur.

Hörmüz boğazının bağlanması isə “öz dəyərini itirən alət” kimi qiymətləndirilir, çünki bu addım İranın öz iqtisadiyyatına və Çin kimi müttəfiqlərinə də zərbə vurur.

Bölgə üzrə proksi hücumlar güc göstəricisi yox, “çarəsizlik” və “əvvəlcədən həvalə olunmuş cavablar” kimi xarakterizə edilir.

Yekun məqsəd isə “strateji silahsızlaşdırma” - İranın güc proyeksiya etmək imkanlarını daimi şəkildə məhdudlaşdırmaqdır.

Bir təyyarə və bunu deyən yazı "US-Israel war on Iran Opinion The US-Israeli strategy against Iran is working. Here is why Every aspect of Iran's ability to project regional power is being successfully degraded. Listen to this article 14 mins i Two explosions are seen in footage released [Handout/Donald Trump via social media] By Muhanad Seloom y US President Donald that e says shows the bombing of ran's Kharg Island 16 Mar 2026" şəkili ola bilər

Elçin Alıoğlu

visiontv.az