Bu qüvvələri daha çox körpülərin altında, açıq yerlərədə, ictimai binalarda, məktəblər və stadionlada görə bilərsiniz.
Bəsic və təhlükəsizlik qüvvələri öz bazalarında qalmaqdan ciddi şəkildə qorxur. Onlar yeni hücumların qarşısını almaq üçün açıq ərazilərdə qalmağa üstünlük verirlər.
Sosial şəbəkələrdə yayılan görüntü və məlumatlar göstərir ki, Sepah Pasdaranı, Bəsic və xüsusi polis qüvvələrinə bağlı bölmələr İranın müxtəlif bölgələrində ictimai və qeyri-hərbi məkanlarda yerləşdirilib.
Günaz TV-nin məlumatına görə, sosial şəbəkə istifadəçiləri yaydıqları foto və videolarda bildirirlər ki, Basij, Sepah Pasdaranı və xüsusi polis qüvvələri son günlər məktəblər, xəstəxanalar, böyük avtomobil yollarının alt keçidləri, stadionlar və bəzi ictimai binalarda yerləşdiriliblər.
Bəzi məlumatlarda qeyd olunur ki, bu qüvvələr böyük magistral yolların alt keçidlərində və tunellərdə nəzarət məntəqələri qurublar. Yayılan görüntülərdə hökumət qüvvələrinin bir hissəsinin məktəblərin həyətində və idman zallarında yerləşdiyi də görünür.
Yayılan video və fotolara əsasən, Tehranın bəzi bölgələrində, o cümlədən körpülərin və magistral yolların ətrafında Basij və xüsusi polis qüvvələrinin qrupları həmin ərazilərdə mövqe tutublar. Bəzi məlumatlarda isə onların avtomobil və motosikletlərinin idman zallarında və ictimai obyektlərin həyətlərində saxlanıldığı bildirilir.
Bəzi istifadəçilər həmçinin qeyd edirlər ki, hökumət qüvvələrinin bir hissəsi hərbi bazalara mümkün hücum qorxusu səbəbindən bu məkanlara köçürülüb. Eyni zamanda bir sıra media fəalları və sosial şəbəkə istifadəçiləri bu addımı qeyri-hərbi ərazilərdən örtük və yerləşmə məntəqəsi kimi istifadə cəhdi kimi qiymətləndirirlər.
Bu görüntülərin yayılması regionda hərbi qarşıdurma və hücumların davam etdiyi bir vaxtda baş verir. Eyni zamanda İranın müxtəlif şəhərlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və hərbi-təhlükəsizlik qüvvələrinin yerinin dəyişdirilməsi ilə bağlı xəbərlər də yayılır.
visiontv.az