Uzun müddətdir Azərbaycana qarşı informasiya müharibəsi aparan və COP29 ərəfəsində Bakıda həbsdə olan separatçı erməni xuntasının liderciklərinin azad edilməsinə nail olmaq üçün beynəlxalq miqyasda anti-Azərbaycan kampaniyası aparan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo bu günlərdə ermənipərəst alman jurnalisti Byanke Şmoltsa verdiyi müsahibədə birdən-birə tarixi həqiqəti etiraf etməklə həqiqətən də hamıda heyrət doğurub.
Uzun müddətdir erməni lobbisinin çirkli pulları ilə bəslənən bu yaramaz "hüquq müdafiəçisi" alman jurnalistin qondarma "artsax"ın legitim olub-olmaması barədə sualını cavablandırarkən deyib ki, "bu, həqiqətdir ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında idi. Ermənistan Azərbaycana məxsus əraziləri işğal etmişdi. Bu doğrudur”.
Maraqlıdır, görəsən, Okampo kimi qatı ermənipərəsti bu həqiqəti etiraf etməyə nə məcbur edib?
Yatmış vicdan hissimi?
Ruhunu İblisə satmış bu cür məxluqlarda vicdan hissi olmur.
Ancaq əlahəzrət Zaman belələrini gec də olsa əsl həqiqətləri dilə gətirməyə məcbur edir. Okampo kimilər maskalarını və rənglərini dəyişməyə vadar olurlar.
Bəybala Mirzəyev
visiontv.az