Ermənistanın Baş Qərargah rəisinin sabiq müavini qanunsuz varlanmaqda şübhəli bilinir
17.01.2023

Ermənistan ordusunun Baş Qərargahı və KTMT-nin birgə qərargah rəisinin keçmiş müavini Aykaz Baqmanyan qanunsuz varlanmaqda şübhəli bilinir.

Visiontv.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğundan verilən məlumata görə, Baqmanyan 2014-2020-ci illərdə vergi bəyannaməsində gəlirlərinin həqiqi məbləği barədə məlumat göstərməyib.

İstintaq Komitəsində artıq sübutedici faktlar var, araşdırmalar davam edir.

Məlumatda şübhəlinin adı göstərilmir, lakin göstərilən müddətə əsasən, söhbətin Aykaz Baqmanyandan getdiyi məlum olub.

APA