Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət edib
16.07.2025

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət edib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.

Baş nazir qeyd edib ki, ŞƏT-ə üzvlük Ermənistanın balanslaşdırılmış xarici siyasətinə uyğundur.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan XİN ölkənin ŞƏT-ə üzv olmaq arzusunu ifadə edib.