Ərəb fəalların həyatı təhlükədədir
11.07.2025

Əhvazın Sepidar həbsxanasında saxlanılan 3 siyasi ərəb fəal təkadamlıq kameralara köçürülüb.

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, iyunun 26-da Əli Mocdem, Moin Xənfəri və Məhəmmədrza Müqəddəmin təkadamlıq kameralara köçürülmələri onların edam ediləcəkləri barədə nigərançılıqları artırıb.

Ərəb fəalların ailələrinin onlarla görüşünə və telefon danışığına icazə verilmir.

Qeyd edək ki, adı çəkilən məhbuslar 2019-cu ilin fevral ayında həbs ediliblər.

Onlara qarşı "silahlı təşkilata üzv olmaq" ittihamı irəli sürülüb.

visiontv.az