“Egey dənizini sülh və əməkdaşlıq dənizinə çevirmək istəyirik”
08.12.2023

"Egey dənizini sülh və əməkdaşlıq dənizinə çevirmək istəyirik. Türkiyə və Yunanıstan olaraq atacağımız birgə addımlarla dünyaya nümunə olmaq istəyirik."

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclası çərçivəsində Yunanıstanda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan baş naziri Kiryakos Miçotakislə görüşündə bildirib.

Yunanıstana sonuncu dəfə 2017-ci ildə səfər etdiyini və bu səfərin Türkiyədən 65 ildən sonra dövlət başçısı səviyyəsində Yunanıstana ilk səfər olduğunu xatırladan prezident Ərdoğan deyib:

“Hətta iki qardaş arasında anlaşmazlıqlar olduğunu nəzərə alsaq, iki qonşu arasında fikir ayrılığının olması təbiidir. Məsələ onları həll etmək iradəsidir. Biz Egey dənizini sülh və əməkdaşlıq dənizinə çevirmək istəyirik. Türkiyə və Yunanıstan olaraq atacağımız birgə addımlarla bütün dünyaya nümunə olmağı arzu edirik.” 

İlahə Əliyeva