2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.5% artaraq 25 milyard 223,4 milyon manat təşkil edib.
"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin səkkiz ayında büdcənin xərcləri isə 8.3% artaraq 22 milyard 362,4 milyon manata yüksəlib.
Bu ilin ilk səkkiz ayında dövlət büdcəsinin profisiti 2 milyard 861,0 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövründə 218,5 milyon manat büdcə kəsiri qeydə alınmışdı.
Visiontv.az