Çin Ukraynada yeni dövrə hazırlaşır
23.03.2025

Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını genişləndirmək üçün Pekinin hazırda Kiyevlə razılaşmasının səbəbi nədir..? Çinin bu müqavilənin bağlanmasında marağı nədir..? Çin bir neçə onilliklər üçün hər şeyi strateji planlamağa alışıb. Pekin həmişə Ukraynada ilk növbədə kənd təsərrüfatı resursları taxıl, bitki yağları və daha çox şeylərin tədarükçüsü kimi özünün etibarlı mövqelərini yaratmağa çalışıb.

Görünür, bu səfər Çin Ukraynaya yeni yanaşmaya hazırlaşır daha düşünülmüş və investisiya təhlükəsizliyinin təminatı ilə. Çox güman ki, Çin potensial olaraq iri kənd təsərrüfatı istehsalçısı kimi Ukrayna iqtisadiyyatında öz mövqeyini möhkəmləndirmək istəyir. Pekin həmçinin başa düşür ki, Ukrayna infrastrukturun yenidən qurulması, yeni istehsal müəssisələri, işçi qüvvəsi və logistika anbarlarının yaradılması üçün yeni investisiyalara ehtiyac duyacaq.

İstisna etmək olmaz ki, Ukrayna Avropa infrastrukturunun bir hissəsi və Çin mallarının Aİ ölkələrinə ixracı üçün ara nöqtə kimi Çinin “Bir kəmər və yol” təşəbbüsünə daxil ola bilər. Bununla yanaşı, Çin ənənəvi strategiyasına əməl edir- regionda siyasi vəziyyət necə olursa olsun, əsas odur ki, iqtisadi əlaqələr sabit olsun, ticarət və investisiyalar təhlükəsiz olsun.

Bir 2 nəfər şəkili ola bilər

Pərviz Əliyev

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8