Bu peyvəndi vurduranlarda yan təsirlər müşahidə olundu
06.03.2021

“Pfayzer” koronavirus əleyhinə peyvəndi ilə peyvəndlənən şəxslərdə yan təsirlər müşahidə edilib.

Visiontv.az xəbər verir ki, bu məlumat İsrail Səhiyyə Nazirliyinin hesabatında yer alıb.

Müşahidə edilən yan təsirlər görmə problemləri, ağciyər plevrasının iltihabı, ürək iltihabı, infarkt və qaraciyər zədələnməsidir.

Ümumilikdə yan təsirlərin 4,7 milyon peyvənd olunandan 153-də qeydə alındığı bildirilib. “Pfayzer”in ikinci dozasının qəbul edən 3,4 milyon şəxsdən cəmi 162-də yan effektlər qeydə alınıb.