Bu məşhur ermənipərəst senatorun da yavaş-yavaş "fatihə"si oxunur...
Bu məşhur ermənipərəst senatorun da yavaş-yavaş "fatihə"si oxunur...
24.09.2023 Bəybala Mirzəyev Tərəfindən

ABŞ prokurorları senator Bob Menendezi və onun erməniəsilli həyat yoldaşı Nadin Arslanyan Menendezi qanunsuz lobbiçilik və 3 iş adamından rüşvət almaqda ittiham edib.

Menendez səlahiyyət və nüfuzundan Misir hökuməti üçün lobbiçilik etmək və eləcə də hüquq-mühafizə orqanlarının araşdırmalarına müdaxilə etməyin qarşılığında yüz minlərlə dollar dəyərində nağd pul və qızıl külçələri rüşvət qismində qəbul edib. Onun evindən 500 min dollardan çox nağd pul və qızıl külçələri tapılıb.

Prokurorlar onun evinin, avtomobilinin, 566 min dollar nağd pulunun, qızıl külçələrinin və bank hesabından pul vəsaitlərinin  müsadirə edilməsini istəyirlər.

Robert Menendez ona qarşı irəli sürülən korrupsiya ittihamı ilə əlaqədar olaraq ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verməyə məcbur olub.

Ümid edək ki, budəfə amerikalı prokurorlar bu qatı türk düşməninin tam ifşa edilməsinə və uzunmüddətli həbsinə nail ola biləcəklər.

Bəybala Mirzəyev

Visiontv.az