Bakının mərkəzində anbar yanır, yolda məhdudiyyət qoyulub
21.04.2025

Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın baş verən əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Visiontv.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə yerinə 14 yanğınsöndürən avtomobil, xeyli canlı qüvvə cəlb edilib.