ABŞ və trans milli korporasıyalar yeni düzən formalaşdırır
ABŞ və trans milli korporasıyalar yeni düzən formalaşdırır
17.03.2022 Azər Rəşidoğlu Tərəfindən

ABŞ təkqütblü dünya qurmaq istəyir.

ABŞ dünyanın yeganə hegemonu olmaq istəyir. Kimlərəsə regional güc statusu ayrıla bilər, amma tək güc statusunu Vaşinqton özü üçün saxlayır. Artıq NATO və BMT belə oyuncağa çevrilir. ABŞ və trans milli korporasıyalar yeni düzən formalaşdırır. İllər öncə Ərəstun Oruclu ilə birlikdə bu barədə analiz hazırlamışdıq. İllər öncə bu gün Ukraynada baş verənlərin proqnozunu vermişdik. London və Vaşinqton dünya hegemonluğuna can atır. Çinin maliyə dairələri belə ABŞ şirkətlərindən asılıdı.

Çinin Orta Asiyaya nəzarətinə də ABŞ uzun müddət seyrçi qala bilməz. Türk-slavyan birliyi mif olduğu kimi, türk - ingilis birliyi də mifdir. Pakistan və Türkiyə regional gücdür. Lakin bütün bunlar Vaşinqton və Londonun maraqlarına uyğundur (hələ ki). Putinin ətrafı da London tərəfindən alınıb. Bu oyunda nə Putinə, nə başqa güclü fiqurlara yer yoxdur. Dünyanın yeni düzəni qurulur. Yeni düzən üçün böyük qanlar tökülür və töküləcək. Rusiya məğlubdu. Bölgəni yeni dizayn gözləyir. İstisna olmayacaq...

Siyasi şərhçi Azər Rəşidoğlu

Visiontv.az