Bəzi ölkələr İranla əldə olunan razılaşmadan narazıdır
27.06.2026

Pakistanın baş naziri Şahbaz Şərif bildirib ki, bəzi ölkələr İranla əldə olunan razılaşmadan narazıdır və onu pozmağa çalışır.

Pakistanın baş naziri Şahbaz Şərif bəyan edib ki, bəzi ölkələr bu razılaşmadan narazı və məyusdur, buna görə də çaşqınlıq və şübhə yaratmaqla prosesi sabotaj etməyə çalışırlar.

“Bəzi ölkələr bu razılaşmadan narazı və məyusdur.

Onlar çaşqınlıq, şübhə və qeyri-müəyyənlik yaratmaqla onu sabotaj etməyə çalışırlar.

Amma xalqlarımız birlikdədir və biz bu nailiyyəti sarsıtmaq istəyən hər kəsin qarşısında dəmir divar kimi dayanacağıq”.

Şahbaz Şərif bildirib ki, gələn həftə Tehrana səfər edəcək.

“Gələn həftə, inşallah, Tehrana səfər edəcəyəm ki, mərhum ali lider ayətullah Əli Xameneiyə ehtiramımı bildirim və Pakistanın qardaş İran xalqı ilə həmrəyliyini bir daha təsdiqləyim”.

Pakistanın baş naziri İranın ballistik raketləri ilə bağlı iddialara da münasibət bildirib.

“Dünyada ballistik raket ehtiyatı toplayan çoxlu ölkə var.

Bəs niyə İranın raketlərinə etiraz edilir?

Bu, yalnız mübahisə yaradacaq, lazımsız gecikmələrə və artıq suallara səbəb olacaq”.

İran prezidenti Məsud Pezeşkian isə bildirib ki, Tehran öz müdafiə imkanlarını heç kimlə müzakirə etməyəcək.

“Əgər özümüzü müdafiə etmək üçün raketlərimiz olmasaydı, İsrail və Amerika Qəzzanı necə yerlə-yeksan etdilərsə, İranı da elə dağıdardılar və nə yaşlıya, nə də uşağa rəhm edərdilər.

Onlar insan haqlarından danışırlar. Bu, böyük yalandır.

Əgər özümüzü müdafiə edə bilməsəydik, onlar, şübhəsiz, ölkəmizə rəhm etməz və gücümüzü məhv edərdilər.

Buna görə də biz heç vaxt, heç bir halda müdafiə imkanlarımızla bağlı heç kimlə danışıqlar aparmayacağıq”.

Şahbaz Şərif Pakistanla İran arasındakı münasibətləri “qardaşlıq bağları” kimi xarakterizə edib.

“Pakistan və İran sadəcə qonşu deyil. Biz əsrlərin ortaq tarixi, mədəniyyəti və sivilizasiya bağları ilə bir-birinə bağlı qardaşlarıq.

İranın uğuru bizim uğurumuzdur. İranın itkisi bizim itkimızdir”.

Pezeşkian islam ölkələrinə regional təhlükəsizliklə bağlı əməkdaşlıq çağırışı edib.

“İran qarşılıqlı anlaşmanı gücləndirmək və “yeni regional təhlükəsizlik arxitekturası”nın əsasını qoymaq məqsədilə Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə də daxil olmaqla, islam ölkələrinə dostluq əlini uzadır.

Çünki İslam ümmətinin birliyi və həmrəyliyi ümumi çağırışlarla mübarizə üçün zəruridir”.

Şahbaz Şərif atəşkəsin əldə olunmasında feldmarşal Asim Munirin rolunu ayrıca qeyd edib.

“Mən bir daha feldmarşal Asim Munirin rolunu xüsusi vurğulamaq istəyirəm. Onun müstəsna töhfəsi bu atəşkəsə və İran, Pakistan və Tramp tərəfindən bu anlaşma memorandumunun imzalanmasına gətirib çıxardı.

O, gecələr və ən ağır günlər boyunca bir missiya ilə çalışdı: “Mənimlə gəlin, bu müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi edəcəyik”.”

Pakistanın baş naziri bir daha İranın ballistik raketləri ilə bağlı ikili standartların yolverilməz olduğunu vurğulayıb.

“Elə ikili standartlar ola bilməz ki, bəzi ölkələrin ballistik raketləri olsun, İranın isə olmasın.

Bu cür ikiüzlülüyü həzm etmək mümkün deyil”.

Şahbaz Şərif bildirib ki, anlaşma memorandumunda ballistik raketlər mövzusu yer almayıb.

“Bu anlaşma memorandumunda ballistik raketlərdən bəhs olunmur.

Bu məsələ heç vaxt masada olmayıb, heç vaxt gündəlikdə olmayıb.

İran tərəfi bunu heç müzakirə etmək belə istəməyib”.

O, Pezeşkiana müraciət edərək İranın gələcək iqtisadi inkişafına inandığını bildirib.

“Sizin uzaqgörən liderliyiniz altında İran yaxın gələcəkdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə çevriləcək”.

Şahbaz Şərif İran rəhbərliyinə Pakistanın vasitəçiliyinə etimad göstərdiyinə görə təşəkkür edib.

“Pakistanın dürüst vasitəçilik qabiliyyətinə etimad göstərdiyinə görə İran rəhbərliyinə çox minnətdaram.

Sizi əmin etmək istəyirəm ki, qardaş olaraq sizi heç vaxt məyus etməyəcəyik”.

Pakistanın baş naziri Pezeşkiana müraciətlə İran tərəfinə başsağlığı da verib.

“Uşaqlar da daxil olmaqla, sayı minlərlə çatan günahsız iranlı qardaş və bacılarımızın öldürülməsi ilə bağlı ən dərin başsağlığımızı bildiririk”.

Şahbaz Şərif sonda İran rəhbərliyinə salamlarını çatdırmağı xahiş edib.

“Zəhmət olmasa, mənim ən səmimi salamlarımı zati-aliləri, ali lider ayətullah Müctəba Xameneiyə çatdırın.

Onun liderliyi sayəsində İran bu anlaşma memorandumuna və nəticədə ləyaqət və şərəflə atəşkəsə nail ola bilib”.

visiontv.az