"Anti-Ukrayna əhval-ruhiyyəsi Polşada çox açıq reaksiya doğurub"
27.06.2026

Polşa prezidenti Donald Tusk bildirib ki, anti-Ukrayna əhval-ruhiyyəsi Polşada çox açıq reaksiya doğurub.

“Adi insanlarla söhbətlərdən bilirəm ki, anti-Ukrayna əhval-ruhiyyəsi çox açıq şəkildə əks-səda tapıb.

Mən cəmiyyətdə hansı əhval-ruhiyyənin olduğunu bilirəm və insanların haqlı qıcıqlanmasını çox vaxt anlayıram. Elə hadisələr və baxışlar var ki, bu cür gərginliyi və belə hissləri əsaslandıra bilər.

Mən heç bir halda bu gərginliyin artmasına töhfə verməyəcəyəm. Bunun populyar olub-olmayacağından asılı olmayaraq, açıq deyəcəyəm: bu, hazırda məni maraqlandırmır.

Əminəm ki, Polşanın uzunmüddətli marağı keçmişin travmaları üzərində deyil, gələcəyə baxış əsasında mümkün olan ən yaxşı münasibətlərin qurulmasındadır. Hərçənd bu travmalar, xüsusilə Polşa baxış bucağından, tamamilə əsaslıdır.

Ona görə də mən bu gərginliyi artıran heç bir fəaliyyətdə iştirak etməyəcəyəm”.

visiontv.az