İranda daha iki vəkilə ağır həbs cəzası verildi
24.06.2026

Məşhəd və Qum şəhərlərinin İnqilab Məhkəməsi Cavad Əlikordi və Seyyid Məhəmmədrza Rəzəvi Fərd barəsində ağır həbs və əlavə cəza qərarları çıxarıb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Cavad Əlikordi 18 il, Seyyid Məhəmmədrza Rəzəvi Fərd isə 10 il azadlıqdan məhrum edilib.

Onlar "milli təhlükəsizliyə qarşı fəaliyyət etmək üçün toplaşmaq və gizli sövdələşmək" və "ölkənin milli təhlükəsizliyinə qarşı təbliğat"da günahlandırılıblar.

Vəkillər həmçinin həbsdən sora iki il müddətinə sürgün cəzası və sosial mediada fəaliyyət qadağası ilə üləşiblər.

Hər iki vəkil bundan əvvəl də insan haqları sahəsindəki fəaliyyətlərinə görə təqib olunublar.

visiontv.az