Şərqi Azərbaycanda qripin pik həddə çatdığı və yayıldığı vaxtdan bəri əyalət xəstəxanalarında 2 xəstə həyatını itirib.
Bunu Təbriz Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklərin Qarşısının Alınması Departamentinin direktoru Simin Xəyyatzadə deyib.
Başqa əyalətlərlə müqayisədə Şərqi Azərbaycanda yeni növ qripə yoluxmaların təhlükəli olmadığı bildirən Xəyyatzadə, bunun dəyişə və yoluxanların arta biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, ötən həftə İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kirmanpur ölkədə yeni qrip növünün yayılması ilə bağlı xəbərdarlıq edib.
Onun sözlərinə görə, bir neçə əyalətfə yeni növ qripə yoluxanlardan 110 nəfəri həyatını itirib.
visiontv.az