Beton mağaraların sakini və ya şəhər ekosisteminin görünməz qəhrəmanı siçovul
20.12.2025

Müasir şəhər təbiətdən qopmuş kimi görünsə də, əslində özünəməxsus ekosistemdir və siçovullar bu sistemin ayrılmaz hissəsidir. Siçovullar urban mühitdə maddə və enerji dövranında mühüm rol oynayır. Onlar əsasən üzvi tullantılarla qidalanaraq zibilin həcmini azaldır və çürümə prosesini sürətləndirirlər. Xüsusilə kanalizasiya boruları siçovullar üçün həm sığınacaq, həm də “ekoloji magistral” rolunu oynayır.

Siçovulların mövcudluğu həm də indikator funksiyası daşıyır: onların sayının artması tullantı idarəçiliyində, kanalizasiya sistemlərində və insan davranışında problemlərin olduğunu göstərir. Paradoks ondadır ki, biz onları zərərverici adlandırsaq da, siçovullar şəhərin öz yaratdığı ekoloji boşluğu dolduran canlılardır. Onlar yox olsaydı, bu boşluq daha təhlükəli bioloji və mikrobioloji problemlərlə dolardı. Şəhər ekologiyası üçün siçovul, sevilməsə də, funksional bir halqadır.

Neandertal

visiontv.az