Zəncanda məktəblər bağlandı
21.12.2025

Dekabrın 20, 21 və 22-də Zəncan əyalətinin bütün bölgələrində məktəblər və universitetlər tətil elan edilib.

Bu barədə əyalət valiliyinin Fövqəladə Hallar Təşkilatı məlumat yayıb.

Bildirilib ki, yayılan yeni növ qripə yoluxmanın qarşısnı almaq üçün təhsil ocaqlarının faliyyəti dayandırılıb.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə yayılan yeni növ qripə yoluxanlardan 115 nəfər həyatını itirib.

Həmçinin, İranın 8 əyalətində yeni növ qripə yoluxma sayının təhlükəli həddə çatdığı və yoluxma nisbətinin Səhiyyə Nazirliyinin proqnozlaşdırdığı həddən bir neçə dəfə çox olduğu bildirilib.

visiontv.az