İran pulunun ucuzlaşmasının davamında Azərbaycan manatının tümən qarşısında qiyməti bahalaşıb.
Bu haqda yerli mənbələr məlumat yayıb.
Bu günə olan məlumata görə, Tehranın azad bazarında hər 1 Azərbaycan manatı 77 min 680 tümənə satılıb.
Bununla yanaşı dolların da qiyməti artıb və hər 1 ABŞ dollarının qiyməti 132 min 370 tümənə, hər 1 Avronun dəyərinin isə 155 min tüməni keçib.
Ekspertlər ilin sonuna kimi hər 1 ABŞ dollarının dəyərinin 135 min tümənə çatacağını proqnozlaşdırırlar.
visiontv.az