Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
“UKMTO Yəmənin Ədən şəhərindən 11 dəniz mili cənub-şərqdə insident barədə məlumat alıb. Bildirilib ki, içərisində dörd silahlı şəxsin olduğu kiçik motorlu qayıq tankerə yaxınlaşıb və gəmiyə reaktiv tank əleyhinə qumbaraatandan atəş açıb”, - deyə məlumatda qeyd olunub.
Hadisənin detalları açıqlanmayıb. Bölgədəki bütün gəmilərə ehtiyatlı olmaq tövsiyə edilib.
visiontv.az