2026-cı il dünya çempionatında Türkiyə və Avstraliya yığmaları arasında keçirilən oyunun canlı yayımı zamanı kameralar Cənubi Azərbaycan bayrağını dalğalandıran türkiyəli azarkeşlərdən birini qeydə alıb.
Qeyd edək ki, Türkiyə millisi azərbaycanlılar və İranın türk əhalisi arasında böyük dəstəyə malikdir.
Bayrağın əks olunduğu kadrlar, eləcə də İran dövlət televiziyasının "Kanal 3" telekanalının canlı efirində də göstərilib və bundan sonra sosial şəbəkələrdə geniş yayılıb.
visiontv.az