İranın Zabol şəhəri dünyanın ən isti nöqtəsi oldu
18.06.2026

Sistan və Bəluçistan əyalətinin Zabol şəhəri son 24 saat ərzində qeydə alınan 47,6°C temperaturla dünyanın ən isti şəhəri olub.

Qlobal meteoroloji məlumatlara əsasən, Zabol ən yüksək temperaturun müşahidə edildiyi yaşayış məntəqələri arasında ilk sırada qərarlaşıb.

Siyahıda növbəti yerləri:

- Səudiyyə Ərəbistanının Əl-Əhsa şəhəri — + 47,4°C;

- Pakistanın Sibi şəhəri — + 47°C;

- Səudiyyə Ərəbistanının Yanbu şəhəri —+ 47°C.

Mütəxəssislər bölgədə davam edən isti hava dalğasının yaxın günlərdə də yüksək temperatur göstəricilərinə səbəb ola biləcəyini bildirirlər.

visiontv.az