YAP-da da təpədən-dırnağa "ramizləşmiş" belə bir adam var-Xeyrəddin Qoca
09.09.2020

Bizim hamımızın ağsaqqal kimi tanıdığımız Murtuz Ələskərov Allahın rəhmətinə getmişdi. Həyətdə uzun çadır qurulmuşdu və ölkənin çox hörmətli insanları yas məclisinə gəlmişdilər.

Oturduğumuz yerdə birdən hamı ayağa qalxdı. Mən yerimdə ora-bura boylandım  ki, görəsən nə olub? Yanımda ayaq üstə dik dayanan məhkəmə hakimi kürəyimi dürtmələdi ki, ayağa qalxım. Hələ heç nə başa düşmürdüm. Elə fikirləşdim ki, yəqin Prezdent gəlir. Yenicə qalxmışdım, gördüm Ramiz Mehdiyevlə Ramil Usubov qarşımızdan keçib, yas məclisini tərk edirlər! Əskər kimi dik dayanan oradakı "hörmətli" adamlar tamam gözümdən düşdülər! Nə isə, çox iyrənc görünürdülər!

YAP-da da təpədən-dırnağa "ramizləşmiş" belə bir adam var. Yığıncağa qəsdən yubanır, insanlarla dolu salona elə daxil olur ki, sanki aktyor kimi səhnəyə atılır,  çoxları özünü itirib, ayağa qalxırlar!.. Nə qədər mənasız, məzmunsuz danışsa da, ona əl çalırlar!
Biz bu simasızların əlindən hara qaçaq?