Xameneyi guya Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
30.10.2026

İranın ali rəhbəri Müctəba Xameneyi ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə görüşüb. Görüşdə ölkədəki vəziyyət, milli təhlükəsizlik, regional proseslər və qonşu dövlətlərlə münasibətlər müzakirə olunub.

Xameneyi Ali Milli Təhlükəsizlik Şurasını ölkənin strateji planlaşdırmasında mühüm mərkəz kimi xarakterizə edib. O, siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində qərarların əlaqəli şəkildə dəyərləndirilməsini, eləcə də hərtərəfli yol xəritələrinin hazırlanmasının vacibliyini vurğulayıb.

Onlar Hörmüz boğazının idarə olunması vasitəsilə regional təhlükəsizliyin qorunmasını müzakirə ediblər. Xameneyi, habelə, müharibəyə və mövcud “nə müharibə, nə sülh” vəziyyətinə son qoyulması üçün İran rəsmilərinin irəli sürdüyü şərtlərin yerinə yetirilməsinin vacibliyini qeyd edib.

visiontv.az