Xameneinin qoca müşaviri Əli Əkbər Vilayəti koronavirusa yoluxub
18.04.2025

İranın ali rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri, 80 yaşlı Əli Əkbər Vilayəti koronavirusa yoluxduğu üçün Tehrandakı “Məsih Daneşvəri” xəstəxanasına yerləşdirilib.

Xəstəxananın direktoru, həkim Məhəmməd Vərhəram bu barədə bildirib: “Novruz bayramı və Ramazan ayı ərzində fasiləsiz xəstəxanada cari işlərlə və araşdırmalarla məşğul olan Vilayəti koronavirusa yoluxub və dünən gecədən etibarən xəstəxanadadır”.

Məhəmməd Vərhəram Xameneyinin müşavirinin səhhəti ilə bağlı “xoşbəxtlikdən onun ümumi vəziyyəti yaxşıdır”, deyib.

visiontv.az