Tramp: “İranın nüvə potensialını B-2 ilə məhv etdik”
14.12.2025

ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı İranla bağlı sərt açıqlama verib. O, bildirib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 qırıcıları vasitəsilə “İranın nüvə potensialı və mümkün əlavə imkanları məhv edilib”.

Trampın sözlərinə görə, həmin vaxt İranın nüvə proqramı “iki həftədən iki aya qədər” hazır vəziyyətə yaxın idi: “İran nüvə silahına çox yaxın idi. Hamı onlardan qorxurdu, amma indi vəziyyət dəyişib”.

Prezident əlavə edib ki, hazırda Tehran ABŞ ilə razılaşma əldə etmək istəyir: “İran bizimlə sövdələşmək istəyir”.

Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə münasibətlərinə də toxunaraq bildirib: “Biz Netanyahu ilə çox yaxşı yola gedirik”.

visiontv.az