Xamenei İranın proksi gücü olan Həşd əl-Şabi qüvvələrinin gücləndirilməsini bildirib
12.01.2025

İranın rejiminin lideri Əli Xamneyi İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşündə İraqda şiə milis qruplaşması Həşd əl-Şabinin gücləndirilməsinə çağırış edib.

İki həftə əvvəl İslam Respublikasının bölgə ölkələrində proksi qüvvələrinin mövcudluğunu inkar edən Xamenei İraqın baş nazirinə Həşd əl-Şabi qruplaşmasının daha çox gücləndirilməsi üçün çağırış edib.

O, həmçinin Amerikanı region ölkələrinin daxili işlərinə qarışmaqda günahlandırıb.

Ekspertlərin fikrincə, Xameneinin Həşd əl-Şabi Qüvvələrinin gücləndirilməsinin zəruriliyi ilə bağlı bəyanatları, “Müqavimət oxu” kimi tanınan İslam Respublikasının dəstəklədiyi proksi qrupların zəifləməsinə görədir.

visiontv.az