İsrail HƏMAS-ın dörd səhra komandirinin məhv edildiyini açıqladı
12.01.2025

GünazTV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələri HƏMAS terror təşkilatının Qəzza şəhər briqadasının “Sabra” taborunun komandiri Usama Əbu Namosu məhv edib. Əlavə hava zərbəsi nəticəsində “Sabra” taborunun komandir müavini Mahmud əl-Tark məhv edilib. Bundan əlavə, HƏMAS hərəkatının “Sabra” taborunun “Nuxba” xüsusi təyinatlı rotasının iki komandiri Mahmud Şahin və Həmada Diri məhv edilib”, – açıqlamada qeyd olunub.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, Namos HƏMAS-ın terror fəaliyyətini Netzarim dəhlizi ərazisində İsrail vətəndaşlarına və hərbi qoşunlarına qarşı yönəldib.

Məlumatda qeyd olunub ki, Namos HƏMAS-a kəşfiyyat məlumatlarının verilməsində mühüm rol oynayıb. O, İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində zərərsizləşdirilib.

visiontv.az