“The Wall Street Journal” nəşri yazır ki, İran ABŞ və İsrailin zərbələri nəticəsində zədələnmiş raket sənayesini yenidən bərpa etməyə başlayıb. ABŞ və Yaxın Şərq rəsmilərinin bildirdiyinə görə, hazırda Tehran əvvəlcədən ehtiyatda saxladığı komponentlərdən istifadə etməklə ballistik raketlər yığır.
Məlumata görə, fəaliyyət bir sıra yeraltı obyektlərdə, o cümlədən Tehranın cənub-şərqində yerləşən Xocir raket kompleksində müşahidə olunur. İranın həm maye yanacaqlı, həm də bərk yanacaqlı ballistik raketlərin yığılmasını bərpa etdiyi bildirilir.
ABŞ və İsrailin əvvəlki zərbələri İranın raket komponentlərinin istehsalı üçün istifadə olunan bir sıra sənaye obyektlərinə ciddi ziyan vurub. Buna baxmayaraq, Tehran mövcud ehtiyatlardan istifadə etməklə daha məhdud həcmdə raket istehsalını davam etdirir və yeni yeraltı yığım məntəqələri yaratmağa çalışır.
visiontv.az