Beynəlxalq Atom Enerjisi Agentliyi Nətənz nüvə obyektinin yaxınlığındakı Külüng dağı ərazisində tikinti fəaliyyətləri və hərəkətlilik müşahidə edib.
Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyib.
Bloomberg-ə müsahibə verən Qrossi vurğulayıb ki, bu hərəkətliliyə baxmayaraq, agentliyin müfəttişləri hələ də tunel kompleksinin içini yoxlaya bilməyiblər və orada baş verə biləcək fəaliyyətlər barədə konkret məlumata malik deyillər.
visiontv.az