Azərabaycanda mövcud olan iki məhşur at cinsi var. Onlardan biri ov və əyləncə atı olan Qarabağ atlarıdır ki, bu atlar öz nəsil başlanğıcını Pənahəli bəyin böyük qardaşı Fəzləli bəyin ov atlarından alır. Daha qədim dövrə endikdə isə bu atların nəsli miladdan öncə 8-ci əsrə qədər gedən Nisey atları ilə əlaqədardır. Nisey coğrafiyası hazırda Şərqi Azərbaycan Ostanlığının ərazisi olan Qaradağ-Aslandüz ərazisidir ki, Araz çayı vasitəsilə bizim Qarabağdan ayrılır. Yəni Qarabağ atları bizim milli at cinslərimizdəndir. Heredota görə Assuriya çarları Niseylilərdən vergi əvəzinə müxtəlif təyinatlar üzrə yetişdirilmiş atlar alırdılar. Yəni ov, döyüş, qoşqu, əyləncə və. s təyinatlar üçün xüsusi yetişdirilmiş atlar.
İknci məhşur cins atımız isə Dilboz atlarıdır ki, bu atlar Nadir şahın döyüş atlarının nəslində gəlir. Hər iki atın xarakterini bilənlər təsdiq edər ki, genetik xarakterlər bu gün də davam edir. Qarabağ atı maneəni keçmək üçün alternativ yol axtaracaq, çünki ovu izləməlidir. Dilboz atı isə özünü var gücü ilə maneəyə çırpacaq çünki döyüş atıdır!
İndi isə nəyə görə deyirəm ki, Dilbaz yox Dilboz doğrudur. Çünki bu sözlərin fərqli semantik mənası var. Dilbaz dilavər deməkdir yəni hazırcavab, məntiqli danışan. Baz fars dilində bir şeyi yaxşı bacarana deyilir. Qumar – baz , Hoqq- baz və.s Dil-boz isə burada dil-ürək, boz isə sərt məna birləşməsindən əmələ gəlib. Yəni cəsarətli, sərt, sözü üzə deyən. Bəzən deyirik ki, bu nə boz adamdır !
Tarixi hadisə belədir. Nadir şah qoşunu Gəncə ətrafında qoyub ( 1734-35 ) 300 nəfər seçmə əsgərlə üsyan etmiş gürcülərin üstünə gedir. Gürcülüərə məğlub olur. Yaralı vəziyyətdə geri qaçanda Qazax rayonunun Musaköy kəndində Ədürrəhman adlı bir kişiyə qonaq olur. Əbdürrəhman kişi onunla sərt danışır, ağılsız adlandırır və deyir ki , axı necə ola bilər ki, qoşunu Gəncədə qoyub 300 nəfərlə gürcünün ustünə gedəcən və uduzasan. Ancaq o zaman Əddürrəhman bilmir ki, danladığı adi yaralı döyüşçü deyil elə Nadir şahın özüdür. Nadir şah gəlib Gəncədən qoşunu götürüb gürcüləri məğlub edir qayıdanda yenə Əbdürrəhman kişinin qapısına gəlir. Aralarında maraqlı dialoq yaranır anca Əbdürrəhman kişi yenə də dediklərini qorxmadan təkrar edir. Bu zaman Nadir şah vəziri tərəfə dönüb farca deyir ki, əcəb dilboz əst yəni çox cəsur adamdır və ona öz şahbaz atlarından 3 at bağışlayır. Beləliklə Dilboz atlar öz kökünü Nadir şahın savaş atlarından almış olur.
Millət vəkili Hikmət Babaoğlu
visiontv.az