Müasir şəhərsalma artıq sadəcə bina tikmək deyil, həm də suyu idarə etmək sənətidir.
Urban hidrologiyası şəhərin yağışa necə reaksiya verdiyini araşdırır: su haradan axır, harada toplanır və infrastruktur bunu nə qədər idarə edə bilir? Beton və asfalt səthlər artdıqca torpaq “nəfəs ala” bilmir, yağış suyu hopmur və küçələr qısa müddətdə gölə çevrilir. Buna görə inkişaf etmiş şəhərlərdə “süngər şəhər” yanaşması tətbiq olunur: parklar, yaşıl zonalar, xüsusi drenaj sistemləri və suyu udan səthlər şəhəri daşqından qoruyur.
Neandertal
visiontv.az