İranın İnqilab Keşikçiləri Korpusu ABŞ-la aparılan danışıqlarda Tehranın mövqeyini gücləndirmək məqsədilə Hizbullaha İsraillə müharibəni daha da genişləndirməsi üçün təzyiq göstərir.
Bu barədə "Axios" Livan rəsmisinə istinadən bazar ertəsi məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun Livanda atəşkəsə nail olmaq üçün son təşəbbüsü İsrailin quru əməliyyatlarını genişləndirməsi və Beyrutdakı Hizbullah hədəflərinə qarşı iri miqyaslı zərbələr endirmək üçün ABŞ-ın razılığını almağa çalışması fonunda nəticəsiz qalıb.
Hesabatda bildirilir ki, Tramp administrasiyasının Livandakı gərginliyi azaltmaq səyləri qismən İranla razılaşma əldə etmək təşəbbüsü ilə əlaqədar olub.
Məqaləyə əsasən, Vaşinqton və Tehran arasında müzakirə olunan anlaşma memorandumuna Livandakı döyüş əməliyyatlarının dayandırılması da daxildir.
visiontv.az