AzadlıqRadiosunun Rusiya xidməti yazır ki, bu iddia ilə məşhur macar araşdırmaçı jurnalist Sabolç Pani öz mənbələrin istinadən çıxış edib. Paninin sözlərinə görə, Orbanın BMT-də işə düzəldilməsi fikri ABŞ-dəki MAGA hərəkatının tərəfdarlarına məxsusdur. Bu işdə həmçinin ABŞ hakimiyyətinin Orbanın namizədliyini dəstəkləyə biləcəyi vurğulanıb.
Ümumilikdə söhbətin 3 vəzifədən getdiyini bildirilib. Bunların BMT baş katibi, onun köməkçisi və müavini vəzifələri olduğu qeyd edilib.
Pani yazır ki, BMT baş katibi vəzifəsi uğrunda yarış artıq başlayıb və bu işdə əsas favorit hələlik Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri, argentinalı Rafael Qrossi hesab edilir.
Pani bundan öncə Viktor Orbanın qızı Raxelin ölkəni tərk edərək Nyu-Yorkda yaşamağa başladığını yazıb. Orbanın özünün isə ABŞ-dəki dünya çempionatından sonra situasiyaya uyğun qərar verərək ölkəyə dönməyəcəyi bildirilib.
Macarıstanda mayın 26-də keçmiş baş nazir Orbanın hökumətinin yol verdiyi sui-istifadə hallarının araşdırılması üçün parlamentdə 5 komissiya yaradılıb. Komissiyanın təkcə keçmiş hökuməti yox, xüsusi xidmət orqanlarını və Milli Bank rəhbərliyini də yoxlayacağı bildirilib.
visiontv.az