Gunaz TV-nin məlumatına görə, İran Tehranda vəkil Həsən Ağaxani bildirib ki, onun vəkili Məsud Piyahu, bu il yanvar ayında baş verən etirazlar zamanı diz çökmüş bir etirazçının görüntüsünü çəkdiyi üçün 10 il azadlıqdan məhrum edilib.
Vəkilin açıqlamasına əsasən, həmin vətəndaşın saxlanılması 8 və 9 yanvardan əvvəlki dövrə təsadüf edir.
Ağaxani bu işlə bağlı deyib: “Mənim müvəkkilim küçəyə baxan bir bazarda işləyirdi. Bir şəxs polis əməkdaşlarının qarşısında yerə oturur və Məsud həmin anı qeyri-iradi olaraq qısa bir video kimi çəkir.”
O həmçinin vurğulayıb ki, bu video ictimai yayım məqsədi ilə çəkilməyib və əvvəlcə onun Instagram hesabında “özəl hekayə” kimi paylaşılıb, daha sonra başqa bir şəxs tərəfindən ictimai şəkildə yayımlanıb.
Həmin görüntü 8 yanvar tarixində etirazlar zamanı təkbaşına polis qarşısında oturan bir şəxsə aid olub və qısa müddətdə sosial şəbəkələrdə geniş yayılaraq etirazların simvollarından birinə çevrilib.
Vəkilin sözlərinə görə, Məsud Piyahu Milli Təhlükəsizlik Nazirliyi tərəfindən çağırıldıqdan sonra saxlanılıb və məhkəmə onu “Sionist rejimlə əməkdaşlıq və casusluq cəzasının sərtləşdirilməsi haqqında qanun”a istinad edərək 10 il həbsə məhkum edib. Bu hökm 9-cu Kassasiya Məhkəməsi tərəfindən də təsdiqlənib.
visiontv.az