UEFA-dan növbəti yenilik: “Qarabağ” qrupdan çıxsa…
25.09.2019

EFA Avropa Liqasında VAR sistemi tətbiq olunmağa başlayacaq.

VisionTV.az  oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun ötən gün Sloveniyada baş tutan iclasında qərar verilib.

Qərara əsasən 2019/20 mövsümündə VAR (hakimin video assistenti) texnologiyası Avropa Liqasının 1/16 final mərhələsindən başlayaraq istifadə olunacaq.

Maraqlıdır ki, sözügedən turnirdə VAR yalnız bir dəfə - ötən mövsümün Bakıda keçirilən finalında tətbiq edilmişdi.

Qeyd edək ki, turnirin qrup mərhələsində iştirak edən təmsilçimiz “Qarabağ” növbəti mərhələyə - 1/16 finala yüksəlsə, sözügedən texnologiya ilə qarşılaşacaq.