Türkmən qazının Türkiyəyə tədarükünü təmin edəcək müqavilə imzalanıb
11.02.2025

Türkiyə ilə Türkmənistan türkmən qazının Türkiyəyə tədarükünü təmin edəcək müqavilə imzalayıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

O qeyd edib ki, BOTAŞ ilə Türkmənqaz arasında imzalanan sənədə əsasən, qaz tədarükünün 2025-ci il martın 1-dən başlanması planlaşdırılır.