Azərbaycanın İrana göndərdiyi humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
- Azərbaycan Qəzza üçün 2 milyon dollar bir, 50 min dollar bir, COVID-19 pandemiyası ilə mübarizə üçün Fələstinə 300 min dollar bir, 200 min dollar bir, 5 milyon dollar bir, ümumilikdə 10 milyon dollar maliyə və o qədər pul edən ərzaq, dərman və sairə göndərib. Yeganə Fələstin dövlətinin nümayəndəliyi bizdədir ki, Azərbaycan dövlətinin maliyyəsi ilə fəaliyyət göstərir.
- Türkiyəyə bərpa işləri üçün 100 milyon ABŞ dolları vəsait ayrılıb. Kahramanmaraşda "Azərbaycan Məhəlləsi" salınır, məktəblər və yaşayış binaları tikilib.
- Pakistanda baş vermiş şiddətli sel fəlakətinin fəsadlarını aradan qaldırmaq üçün 2 milyon dollar birbaşa yardım edilib. Ümumilikdə isə müxtəlif layihələrə (təhsil, səhiyyə) 7 milyon dollardan çox dəstək göstərilib.
- Suriyadakı humanitar vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən 200 ton humanitar yardım (qida, geyim və s.) göndərilib.
- Hələ digər ölkələr, İndoneziya, Banqladeş, Afrika ölkələri və sairələri demirəm. Ukrayna və digər xristian ölkələrin də demirəm.
Bizi ittiham edən "müsəlman" ölkələri, başda Türkiyə olmaqla digərləri. İndi suala cavab verin -
Kim daha çox müsəlmandır?
Prof.Dr. Zaur Əliyev
visiontv.az